Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
millimeclis.com bu barədə president.az-a istinadən məlumat verir.
Məktubda deyilir:
"Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
İlham Əliyev
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
"İlham Əliyev" teqi üzrə xəbərlər
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Suriyanın keçid dövrü prezidentini təbrik edib
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olunacaq
Qərbi Azərbaycan Xronikası: "Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir"