Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda ana və qızı evlərində döyüldü - Biri öldü

Bakıda ana və qızı evlərində döyüldü - Biri öldü
Bakı şəhər Nəsimi rayonunda qonşular arasında dava-dalaş olub.
millimeclis.info xəbər verir ki, oktyabrın 30-u saat 23 radələrində 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu mübahisə nəticəsində qonşuları - Ağadadaş Qurbanov küçəsi 21 ünvanında kirayədə yaşayan 1959-cu il təvəllüdlü Çabanova Marina Yevgenyevna və 1987-ci il təvəllüdlü qızı Vəliyeva Nərminə Mayis qızının sifət nahiyəsinə yumruqla zərbələr endirib. Zərbələrin təsirindən M.Çabanova huşunu itirib. O, oktyabrın 31-i saat 09 radələrində ayılıb və qızını yataq otağında döşəmənin üzərində ölmüş vəziyyətdə aşkar edib.
Faktla bağlı cinayət işi başlanıb, Sayruz Səttərov şübhəli şəxs kimi tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ