Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

İntihar edən qadının işi ilə bağlı həbs edilən var

İntihar edən qadının işi ilə bağlı həbs edilən var
Neftçalada qadını özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Millimeclis.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 10-da Neftçala rayon sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
Cinayət işi üzrə Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ