Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Tanrının bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - tanınmış iş adamı, xeyriyyəçi Aydın Talıbovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.Talıbov Aydın Veysəl oğlu 1965-ci ildə martın 13-də Naxçıvan Muxdar Resbpublikası Şərur rayonu Siyaqut kəndində anadan olmuşdur 1989- cu ildə İnşaat Mühədisləri Universitetini fərqlənmə diplomu ilə bitirib Aydın Talıbov universitdən məzum olduqdan sonra üç il ərzində Naxçıvan MR- da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı tikinti İnkşaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Aydın Talıbov 1994-ci ildən bizneslə məşğuldu. Hazırda fəaliyyətini qurcusu və rəhbəri olduğu Veysəloğlu Şirkətlər Qurupunun Müşahidə Şurasının sədiri kimi davam etdirir.Xeyriyyəçi Aydın Talıbov düz yoldan, doğru inamından, vətəndaş qayəsindən, Allaha, imana, dinə bağlı etiqadından, bir dəfə də olsun sapmayıb, insanlığını, ləyaqətini, mənliyini, kişi qürurunu həmişə, hər yerdə başından uca tutub.
Bunun üçün insandan Tanrının bəxş etdiyi həyatı doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, başqalarının haqqını tapdalamamaq kimi dəyərlərə ömür boyu sadiq qalmaq tələb olunur.Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Aydın müəllim saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.2-si fevral 2018-ci ildə Azərbaycan Respubilkasının Prezdenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.Aydın müəllimin səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.
Sonda onu qeyd etmək yerinə düşər ki, Aydın Talıbov yurda, el-obaya, vətənə bağlı insandır. Vətənpərvərdir, müstəqil Azərbaycanı sevən, öz dövləti ilə qürur duyandır. Təpədən-dırnağa millidir, soykökə bağlıdır, millətpərəstdir. Mərddir, cəsarətlidir, həyata öz baxışı, öz mövqeyi olan adamdır.Ədalətlidir, heç bir halda haqqı nahaqqa verən deyil, haqq saydığı əməlin arxasında dayanan, uğrunda mübarizə aparandır. Həyatı boyu dəfələrlə ədalətsizliklərlə üzləşsə də, haqqı danılsa da, həmişə ədalətin zəfər çalacağına inanandır. Mübarizdir, ideya və prinsipləri uğrunda sonunu düşünmədən döyüşən əsgərdir, rəqibin zəif, ya güclü olduğunun fərqinə varmadan sona qədər mübarizə aparandır...
İntizamlıdır - sözündə, vədində, işində bütövdür, qoyulan qayda-qanuna əməl edən və bunu başqasından da tələb edəndir. Azad insandır, heç kəs onu iradəsinə, əqidəsinə zidd qərar qəbul etməyə, onu icra etməyə məcbur edə bilməz...Xeyirxahdır, xeyriyyəçidir, səxavətlidir, varını gizlədən deyil, Allahın lütfünə ehtiyacı olana təmənnasız kömək edəndir. Yaxşılığında təmənnasızdır. Ailəcanlıdır, dostpərəstdir, özünə yaxın bildiyi insanlar üçün canını oda yaxmağı bacarandır, səmimidir, ailə üzvləri və dostları qarşısında məsuliyyətlidir. O, xarakteri olan adamdır, şəxsiyyətdir.
Qocaman Media Rəhbəri kimi hörmətli Aydın Talıbova təşəkkür edərək bildirmək istəyiri ki,bu gün ki gündə iş yerləri açaraq 17-minə yaxın insanın işnən təmin olunmasına şərait yaratmışdır. Yüksək maaşla təmin olunan bu insanlar süfrələrini bəzəyərək ailələrini sevindirilər. Son olaraq bizdə bu çətin, məsulliyətli və şərəfli vəzifəsində ölkəmizin çiçəklənməsi naminə, Dövlət başçısı Cənab İlham Əliyevin tövsiyyələrinə rəğmən öz əməli işləri ilə hər zaman nümunəvi iş adamı olan dəyərli Aydın Talıbova sağlam can sağlığı, işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik. Hörmətlə Seyid Hatəm Şirvani ( Hətəm)