Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Niderland sahillərində gəmidə 500-ə yaxın elektrik avtomobili yanıb

Niderland sahillərində gəmidə 500-ə yaxın elektrik avtomobili yanıb





Niderland sahillərində yük gəmisində 500-ə yaxın elektrik avtomobili yanıb.

APA xəbər verir ki, bu barədə Niderlandın ANP agentliyi məlumat yayıb.

Qeyd olunub ki, gəminin yükündə daha əvvəl bildiriləndən daha çox elektrik avtomobili var.

Xatırladaq ki iyulun 26-da Niderland sahillərində göyərtəsində 3000-ə yaxın avtomobilin olduğu yük gəmisində yanğın baş verib. Sahil mühafizəsi bildirib ki, yanğında ekipajın bir üzvü həlak olub, bir neçə nəfər isə yaralanıb.

Panama qeydiyyatlı gəmi Almaniyadan Misirə gedirmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ