“Netfliks” platformasında yayımlanan “Pepsi, mənim reaktiv təyyarəm hardadır?” (Pepsi, Where's My Jet) serialının birinci bölümündə Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib.
Millimeclis .info Kult.az-a istinadla xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Serialın 1-ci hissəsindəki səhnə türkiyəli tamaşaçıların kəskin reaksiyasına səbəb olub. Çünki təqdim olunan xəritədə Türkiyənin şərqindəki bölgələr Ermənistan ərazisi kimi göstərilib. Serialın türkiyəli pərəstişkarları sosial şəbəkələrdə buna kəskin reaksiya veriblər”, - məlumatda deyilib.