Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Gürcüstana səfər edəcək turistlərdən tibbi arayış tələb oluna bilər

Gürcüstana səfər edəcək turistlərdən tibbi arayış tələb oluna bilər
Gürcüstana səfər edəcək əcnəbi turistlərdən onlarda koronavirusun olmadığını təsdiqləyən tibbi arayış tələb oluna bilər.

"millimeclis.info”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili "Palitranews" kanalına bildirib.

Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatı mayın 25-də turist səfərləri üçün tövsiyələr təqdim edəcək.

M.Kvrivişili deyib ki, Gürcüstan strateji hədəf ölkələrlə sıx əməkdaşlıq edir: "Həmin ölkələr və Gürcüstan arasında təhlükəsiz dəhlizin formatı barədə razılıq əldə ediləcək. Dəhliz vasitəsilə turistlərin qarşılıqlı səfərləri mümkün olacaq".

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ