Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Telekanal Fransa çempionatı üçün pul ödəməkdən imtina etdi

Telekanal Fransa çempionatı üçün pul ödəməkdən imtina etdiFutbol üzrə Fransa çempionatını yayımlayan "Canal+" telekanalı Liqa 1-lə müqaviləyə xitam verib.

"Ixatv.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, telekanal sözləşməyə görə nəzərdə tutulan ödəmələri həyata keçirməyəcək. Liqa 1 telekanaldan 243 milyon avro almalı olsa da, çempionatın dayandırılması ilə əlaqədar məbləği əldə edə bilməyəcək.

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ