Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

ÜST: Dünyada daha 81,5 mindən çox insan virusa yoluxdu

ÜST: Dünyada daha 81,5 mindən çox insan virusa yoluxduDünyada koronavirusa yoluxma hallarının sayı 2 626 321-ə çatıb.

millimeclis.info” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün son məlumatına görə, dünyada 181 mindən çox insan COVID-19 pandemiyasının qurbanı olub.

Qeyd edilir ki, son bir gün ərzində dünyada 6 260 nəfər koronavirus infeksiyasının qurbanı olub, daha 81 529 nəfər virusa yoluxub.

Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 284 216 nəfər COVID-19 daşıyıcısıdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ