Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

İtaliyada son sutkada rekord sayda koronavirusdan sağalma qeydə alındı

İtaliyada son sutkada rekord sayda koronavirusdan sağalma qeydə alındıCənubi Avropa ölkəsi İtaliyada ötən sutkada koronavirusdan 2 943 nəfər sağalıb.

millimeclis.info” xəbər verir ki, bunu ölkənin Mülki Müdafiə Xidməti açıqlayıb.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 187 327 nəfərdir. Virus qurbanlarının sayı isə 25 085-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 604 000-i ötüb. Bunların 712 260 nəfəri sağalıb, 181 418 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ