Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Kvemo Kartlidə təcili tibbi yardımın işində çətinlik yarandı

Kvemo Kartlidə təcili tibbi yardımın işində çətinlik yarandıGürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində təcili tibbi yardım briqadalarının işində problem yaranıb.

millimeclis.info”in yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, buna səbəb Bolnisidə beş tibb işçisində koronavirusun təsdiqlənməsidir: “Onların arasında təcili tibbi yardım həkimi, tibb bacısı və sürücü də var. Hazırda çox sayda həkim özünütəcriddədir”.

Qubernatorun sözlərinə görə, Bolnisinin Savaneti kəndində üç nəfərdə də COVID-19 infeksiyası aşkarlanıb: “İlkin yoluxma mənbəyi hələ məlum deyil. Onların təmasda olduğu 280 şəxs artıq müəyyən olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ