Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Ölkəsinə getmək üçün 200 min dollar xərclədi

Ölkəsinə getmək üçün 200 min dollar xərclədiPSJ-nin qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün böyük məbləğdə pul xərcləyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə Fransada karantində olan qapıçı, ailəsinin yanında olmaq üçün ölkəsinə qayıdıb.

Navasın martın 27-də icarəyə götürdüyü təyyarə ilə Fransadan ayrıldığı, bunun üçün 200 min dollar pul ödədiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva klubdan icazə alaraq, ölkələrinə qayıdıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ