Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildi

Koronavirusun kəskin yayıldığı kruiz layneri dezinfeksiya edildiGöyərtəsində koronavirusun kəskin yayılması baş vermiş ABŞ-ın “Diamond Princess” kruiz gəmisi bu gün Yaponiyanın Yokohama limanını tərk edəcək.

millimeclis.info” xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə artıq dezinfeksiya işləri aparılıb.

“Diamond Princess” Cənub-Şərqi Asiya, Çin və Yaponiyanın sahillərini yuyan dənizlərdə kruiz gəzintisi həyata keçirirdi. Honkonqda sahilə çıxan çinli sərnişinlərindən birində yeni növ pnevmoniya infeksiyası aşkarlandıqdan sonra gəmi fevralın 4-də Yaponiya limanında karantinə alınıb.

Göyərtədə təxminən 3700 sərnişin və ekipaj üzvü olub. Onlardan 712 nəfəri virusa yoluxub, 10 nəfər Yaponiyadakı xəstəxanalarda ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ