Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Diyarbəkirdəki terrora görə bələdiyyə sədri həbs olundu

Diyarbəkirdəki terrora görə bələdiyyə sədri həbs olundu

Diyarbəkirin Kulp qəsəbəsində 7 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnmiş terror hadisəsinə görə HDP-li bələdiyyə sədri Mehmet Fatih Taş həbs edilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Taşla birlikdə daha 5 nəfər həbs olunub.

Qeyd edək ki, Kulp bələdiyyəsinə aid avtomobil terror hücumundan əvvəl hadisə yerində görülüb. Ancaq daha sonra kameraların incələnməsi zamanı bəzi görüntülərin silindiyi və sənədlərin itdiyi məlum olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ