Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Nazirin korteji atəşə tutuldu

Nazirin korteji atəşə tutuldu

Livanın qaçqınların işləri üzrə naziri Saleh əl-Qaribin avtomobil korteji naməlum silahlılar tərəfindən atəşə tutulub.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirin özü NNA agentliyinə bildirib.

Hadisə Dağlıq Livan bölgəsində Kabr-Şamun kəndinin yaxınlığında baş verib. Atəş nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti kritikdir.

Nazir qeyd edib ki, kortej Kabr-Şamun kəndinə hərəkət edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ