Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Daha bir ölkədən ABŞ-a sərt cavab: “Qərarımız qətidir”

Daha bir ölkədən ABŞ-a sərt cavab: “Qərarımız qətidir”



ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, biz Rusiyanın S-400 hava müdafiə raketlərini almaqda qərarlıyıq.

Axar.az xəbər verir ki, bu məlumatı Hindistanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirlikdən verilən məlumatda artıq Hindistan hökumətinin Rusiyanın S-400 hava müdafiə sistemini almaqla bağlı müqavilə imzaladığı bildirilib.

Nazirlik həmçinin onu da qeyd edib ki, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, geri addım atmayacaqlar.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi öz açıqlamasında Dehlinin S-400 sistemlərini almasının iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığı ciddi şəkildə zədələyə biləcəyini bildirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ