Mehriban camaatı, işgüzar əhalisi ,fədakar insanları ,ziyalıları və öz qəhrəman övladları ilə hər zaman fəxr edib öyünən Masallı ictimayyəti ölkəmizin ictimai siyasi iqtisadi həyatında xüsusi rola malik olaraq fəallıq göstərmişdilər . Onlar bu yaxşı nümunələri əsl fədakarlıq göstərərək öz əməlləri ilə göstərə bilmişdilər . Masallının sayılıb seçilən bələdiyyələri arasında Sığdaş bələdiyyəsi onun kollektivi və düzgün seçim etməyi bacaran zəhmətkeş işgüzar camaatıdır . Adətən bələdiyyə arasında reytinqi, nüfuzu, reputasiyası yüksək olan insanlar seçilirlər . Çünki həmin adamlar gələcəkdə öz əməlləri fəaliyyətləri ilə onlara edilmiş etimadı doğrutmalıdırlar .Bu gün Sığdaş bələdiyyəsi başqalarına örnək ola biləcəyi sayılıb seçilən yerli özünü idarəetmə qurumlarından biridir . Mehriban kollektivi bacarıqlı qabiliyyətli rəhbərliyi sakinlərin etdikləri hər bir müraciəti qanuna müvafiq şəkildə həll etməyə hər zaman çalışırlar . Sığdaş bələdiyyəsinin sədri çox hörmətli Əhliman müəllim onlara ünvanlanmış hər bir vətəndaş müraciətinin obyektiv həllini özü üçün prioritet sayaraq ədalətli mövqe sərgiləyir hər bir vətəndaşın problemini öz problemi sayaraq ədalətli həlli üçün çıxış yolları axtararaq müsbət həll olunmasına çalışır . Biz ona zəng edib soruşduqda yalnız bir amala - xalqa layiqincə xidmət edib ona edilmiş etimadı doğrultmaq mənim üçün ən böyük şərtdir dedi .Bacardığımız qədər bizlərə edilmiş müraciətlərin, şikayətlərin hər birini kollegiyal qaydada araşdıraraq obyektiv və ədalətli şəkildə həllinə çalışırıq . Ən azı bəzi məsələlərin adiyyatı üzrə həlli üçün istiqamət verərək yardımçı oluruq . Hər an hər bir vətəndaşın yanında olmağa çalışırıq . Bəzi dövlət qurumları ilə əməkdaşlıq edərək sosial yönümlü məsələlərin həllində birgə həll yollarını axtararaq nail olmasına müfəvvəq oluruq .
Masallı rayon Sığdaş bələdiyyəsinin sədri Əhliman müəllim rayon icra hakimiyyətinin başçısı cənab Şahin məmmədovdan razılıq edərək ondan həmişə diqqət və qayğı gördüyünü fəxrlə qeyd edir . Cənab başç vətəndaşlarımızın , bələdiyyəmizin problemləri ilə hər zaman maraqlanır . Hər bir problemin həlli üçün birgə alternativ yollar axtarılır. Heç kəsi ümidsiz geri qaytarmırıq .
Əhliiman müəllim Ulu Öndərin ideyalarına , onun siyasi kursuna sadiq bir şəxsiyyətdir . Hər zamanda Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə xidmət edib . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Məqsədim amalım xalqa vicdanla xidmət etməkdən və birdə mənə göstərilmiş etimadı doğrultmaqdan ibarətdir . Bu mənim üçün ən böyük mükafatdır deyir Əhliman müəllim .
Çox təssüflər olsun ki, bu gün Əhliman müəllimin fəaliyyətinə kölgə salmaq istəyənlər var , qərəzli şəkildə mənə qarşı aparılan kampaniya böhtandan başqa bir şey deyil deyə Əhliman müəllim qeyd edir .Şantanj və böhtan xarakterli bu qarayaxmaların hamısı ağ yalan iftiradır. Mən həmin insanları tarixin və zamanın ixtiyarına buraxıram .
Hər şeyin zamana ehtiyacı var . Kimlərsə öz itmiş nüfuzunu , öz çirkin məqsədlərinə nail olmaq şansını bu yolla qaytarmağa çalışırlar.Haram çörəyə dadanmış dişlərini yenidən itiləyərək şikar ovuna çıxmış kimi ağıllı görünməyə can atırlar . Amma unudublar ki , xalq ağı qaradan seçməyi bacarır .Rayon rəhbərliyi kimin kim olduğunu daha yaxşı bilir .
Biz isə Əhliman müəllimə bu yolda dözüm , səbr diləyirik . Bu yol çətin , məsuliyyətli və şərəfli bir yoldur .Biz əminik ki , hörmətli Əhliman müəllim bu yolu mütləq vicdanla və şərəflə qət edəcəkdir . Pislik isə elə pislərədə qalacaqdır .Axı həyatda hər şey qarşılıqlı hər şey bumeranqdır .