Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

"Gəncədə evlərinə ziyan dəyən insanlar yeni mənzillərlə təmin ediləcək" - AÇIQLAMA

"Gəncədə evlərinə ziyan dəyən insanlar yeni mənzillərlə təmin ediləcək" - AÇIQLAMA



“Gəncəyə ermənilərin raket atması nəticəsində evləri dağılan insanlar hamısı kirayə evlərə yerləşdirilib. Onlara yeni mənzillər tikilib veriləcək”.

APA-nın məlumatına görə, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin insanlar yaxşı şəraitli mənzillərlə təmin olunacaqlar:

“Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman insanların yanındadır. Daim burada zərərçəkənlər barəsində maraqlanırlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ