Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Gəncə sakini bədbəxt hadisə nəticəsində öldü

Gəncə sakini bədbəxt hadisə nəticəsində öldüİyunun 21-də, saat 22 radələrində Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb.

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ