Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Göyçayda karantini pozan şəxslər həbs olundu

Göyçayda karantini pozan şəxslər həbs olundu
Göyçay rayonunda karantin rejimini ciddi şəkildə pozan 2 nəfər rayon sakini həbs olunub.

"millimeclis.info"in Yuxarı Şirvan bürosu xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə regionlarda yaşayan bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

Təkcə bu gün ərzində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini kobud şəkildə pozan 17 nəfər rayon sakini barəsində cərimə tətbiq ediblər. Onlardan 2 nəfər rayon sakini məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.

Rayon polis şöbəsinin əməkdaşları reydlər zamanı insanlara səslənərək evdən çıxmamağa karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.

Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ